Yenə işıqlar sönsə, nə etməli?

Mingəçevir İES-də baş verən yanğın nəticəsində ölkənin qaranlığa qərq olması bu cür hallarda hansı tədbirlərin görülməsi məsələsini də aktuallaşdırıb.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, elektrik enerjisinin bir müddət kəsildikdən sonra anidən ötürülməsi bəzi cihazlarda ciddi fəsadlar yarada bilər. Buna görə də, işıqlar söndükdə birinci növbədə soyuducu, soba, paltaryuyan və qabyuyan maşınları elektrik ötürücüsündən ayırmaq lazımdır.

Əgər kombi işlək vəziyyətdədirsə, sadalananlardan əvvəl kombini söndürmək vacibdir.

Bununla belə, bu cür hallarda liftdə insanların qala biləcəyini unutmayın. Olduğunuz binada mütləq liftdə kiminsə qalıb-qalmadığını yoxlayın.

Elektrik enerjisinin olmadığı vaxtlarda ən çox ehtiyac duyacağınız məhz mobil telefonlardır. Onun ömrünü uzatmaq üçün birinci növbədə interneti və xəritələri söndürün. Daha sonra isə ekranın parlaqlığını ən aşağı səviyyəyə endirin.

COP29