Yenə yaponlar: Qabıqsız yumurtadan cücə çıxarmağı bacardılar

Yaponiyadan olan araşdırmaçılar kök hüceyrə tədqiqatlarında bir sıra yeniliklərə yol açacaq metod ixtira ediblər.

Yenicag.az “Independent”ə istinadən xəbər verir ki, alimlər qabığı olmayan yumurtadan cücə çıxarmağa nail olublar.

Belə ki, tədqiqatçılar yumurtaları şəffaf lentdən hazırlanmış süni qaba qoyaraq yumurta sarısının zərini zədələmədən cücə əldə ediblər.

21 gündə yumurtadan çıxan cücələr elm aləmində bu üsulla əldə edilmiş ilk cücələr olub.

Alimlərin inkişaf etdirdiyi bu metodun embrionlardakı dəyişikliklərin izlənilməsi və kök hüceyrə araşdırmalarının yönünü dəyişdirəcəyi bildirilir.

COP29