!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni 10 manatlıqlar dövriyyəyə buraxıldı - Köhnə əskinaslar dəyişdirilməlidir? - AÇIQLAMA/FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikası Mərkəzi Bankı yeni 10 manatlıq əskinasları tədavülə buraxıb. Verilən məlumata görə, yeni dizaynlı əskinaslar tədavülə bu gündən – martın 18-dən etibarən dövriyyədədir.

Lakin oxucuların bəzilərində belə bir sual yaranıb: Köhnə əskinasları təhvil vermək və ya onları yeniləri ilə dəyişmək lazımdırmı?

Yenicag.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankdan Day.Az-a bildiriblər ki, yeni əskinaslar paralel şəkildə köhnələri ilə eyni vaxtda tədavüldə olacaq və onların hər ikisi bütün ölkə ərazisində qanuni ödəniş vasitəsi hesab ediləcək.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən dizayn mövzusu “Azərbaycan tarixinə” həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsi və mühafizə elementlərinin müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılması həyata keçirilmişdir.
Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılmışdır.

Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunmuşdur.

Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.

Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən “10” rəqəmi və “AMB” yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində “10 AZN” yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilmişdir.

Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.

www.yenicag.az

3740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv