Yeni ailə qurdu, qəzada öldü – 26 yaşlı Sənanın faciəsi – FOTOLAR

Ötən gün Qəbələdə bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Nohurqışlaq kəndindən keçən hissəsində qeydə alınıb.

Vəndam qəsəbə sakini 26 yaşlı Sənan Eynullazadənin idarə etdiyi Vaz 21 099 markalı avtomobillə, Tüntül kənd sakini 53 yaşlı Sərvan Sadıqovun sükanı arxasında olduğu “Mercedes” markalı maşın toqquşub. Sənan Eynullazadə hadisə yerində dünyasını dəyişib. Digər maşının sürücüsü və sərnişini – 40 yaşlı Aygün Əzimova müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Sənan Eynullazadənin yeni ailə həyatı qurduğu bildirilir. Faciə nəticəsində vəfat edən gəncin fotolarını təqdim edirik:

 

COP29