Qazaxıstan Xarici İşlər Nazirliyi, Suriya böhranı ilə əlaqədar paytaxt Astanada keçiriləcək növbəti sammitin vaxtını açıqlayıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, VI Astana danışıqları 14-15 sentyabra planlaşdırılıb. Bu dəfəki görüşdə əsasən İdlibdəki vəziyyət müzakirə ediləcək. Bununla belə iştirakçılar İdlib, Humus və Şərqi Quta bölgələrində hərbsizləşdirilmiş hissənin sərhədləri barədə danışacaqlar.
Görüşdə YUNESKO-nun mədəniyyət mirası olaraq göstərdiyi torpaqların minalardan təmizlənməsi üçün bəyannamə imzalanacaq.
Qeyd edək ki, Türkiyə, İran və Rusiyanın iştirakı ilə 13 sentyabrda texniki məsələlərlə bağlı danışıqlar aparılacaq.