Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yeni avtobuslar marşruta buraxıldı

yeni_avtobus_0087Bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni 1 nömrəli marşrut xətti istifadəyə verilib. Bu haqda Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ictimai əlaqələr üzrə mütəxəssis Şəfa Mehmanqızı bildirib.

O qeyd edib ki, Fransa istehsalı olan “İveco” avtobuslar 1 saylı xətt üzrə “28 may” metrostansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçir və “Koroğlu” metrostansiyasına hərəkət edir:

“Uzunluğu 17,7 km olan marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 12 avtobus fəaliyyət göstərir. Avtobusların hərəkət cədvəli səhər saat 06.00-dan gecə saat 23.00-ə qədərdir. Həmçinin “BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir. BakıKart vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni BakıKart terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər BakıKart loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ BakıKart ödəniş kartları – məhdud istifadə üçün kağız BakıKartları və daimi istifadə üçün plastik BakıKartları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik BakıKartların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər”.

Qurumun məlumatına əsasən BakıKartla bir şəhərdaxili gediş haqqı 20 qəpikdir: ““BakuBus” MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli; avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır. İctimai nəqliyyatın keyfiyyətini artırmağı qarşısına məqsəd qoyan və bu sahədə hər zaman innovasiyaları tətbiq edən “ BakuBus” MMC əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur”.

Qeyd edək ki,“BakuBus” MMC Nazirlər Kabinetinin 2014-cü il 03 aprel tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. 2015-ci il iyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olan “Bakubus” MMC-nin avtoparkı Fransa istehsalı olan 151 “İveco Crealis” və 151 “İveco Urbanway” markalı avtobuslarla təchiz olunub(modern).

Loading...

www.yenicag.az

304
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100