Yeni avtomobil aldı, anasını vurub öldürdü

Türkiyənin Ağrı şəhərinin Diyarın rayonunun Təzəkənd kəndində bədbəxt hadisə yaşanıb.

Yenicag.az DHA-ya istinadən xəbər verir ki, təzə avtomobili ilə kəndə gələn Ərdal Yaşar həyətinə girərkən anidən qarşısına anası çıxıb.

Özünü itirən Ərdal Yaşar əyləc yerinə qaza basıb və 63 yaşlı anası Hərdəm Yaşar avtomobilin altında qalıb.

Qadın hadisə yerində həlak olub. Ərdal Yaşar isə həbs olunub. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.