“Yeni Azərbaycan” qəzeti 26 yaşında!

Bu gün Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin fəaliyyətə başlamasından 26 il ötür.

Yenicag.az xəbər verir ki, qəzet 1993-cü il aprelin 10-da – müstəqil mətbuatımızın yeni formalaşdığı vaxtda işıq üzü görüb və media həyatına ideoloji qəzet kimi başlayıb. Ötən illər ərzində ölkənin məşhur ictimai-siyasi qəzetlərindən birinə çevrilib.

“Yeni Azərbaycan” ümumi-kütləvi auditoriyaya müraciət edən çoxtirajlı qəzetlərdən, milli media nümunələrindən biridir.

Qeyd edək ki, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru millət vəkili Hikmət Babaoğludur.

Aqil Ələsgər və “YeniÇağ” Media Qrupu “Yeni Azərbaycan” qəzetinin 26 yaşını təbrik edir, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayır! 26 yaşınız, mübarək!

COP29