!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni bahalaşma dalğası - Yanacaq, gedişhaqqı, kommunal xərclər... - VİDEO

!Reklam – Yazi

2019-cu ilin ilk günlərində istehlak bazarında müşahidə olunan bahalaşma digər sahələrdən də yan keçməyəcək.

Yenicag.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib.

“Əgər büdcə parametrlərində problemlər yaransa, qiymətlərin artırılması qaçılmaz olacaq. 2019-cu ildə dizel yanacağının bahalaşması ilə bağlı qərarın qəbul olunması gözlənilir. Eləcə də nəqliyyatda gedişhaqqının qalxması və kommunal xidmətlərin artırılması ilə bağlı dəyişikliklər ola bilər. Neftin qiyməti kəskin düşsə və büdcənin formalaşmasında problemlər yaransa, o zaman dövlət tərəfindən tənzimlənən qiymətlərdə artım müşahidə oluna bilər”.

Qeyd edək ki, 2018-ci ilin sonlarına doğru maşın bazarında bahalaşma müşahidə olundu. 2019-cu ilin ilk günlərində isə bahalaşma özünü istehlak bazarında göstərdi. Un, ət, alkoqollu içkilər və tütün məhsullarında müşahidə olunan qiymət artımı enerji içkilərinin qiymətinə də siraət etdi.

Cəvahir

www.yenicag.az

13855
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv