Yeni tikilən yaşayış binalarında baş verən lift qəzaları barədə xəbərlərə zaman-zaman rast gəlinir. Sakinlər yeni tikilən binalara köçərkən bu qəzaların olub-olmayacağı barədə əndişələr yaşayır. Maraqlı sual yaranır: Liftlərlə bağlı problemlər necə araşdırılır və necə aradan qaldırılır? Təmir həqiqətən də çıxış yoludurmu?
Mövzu barəsində Yenicag.az-a videomüsahibəsində Dizayn Lift MMC-nin rəhbəri Toğrul Ağayev deyib ki, yaşayış binalarında 20 ildən artıq istifadə edilən liftlər təmir edilsə də, yenisi ilə əvəz olunması daha məqsədəuyğundur.
O qeyd edib ki, baş verən lift qəzalarının bir neçə səbəbi var.
“Bunlardan ilk və ən əsası insanların düzgün maariflənməməsi, təhlükəsizlik qaydalarından xəbərsiz olması, yaxud bilib, riayət etməməsidir. Digər səbəblər arasında isə mexaniki problemlər, düzgün göstərilməyən texniki xidmət və istifadə müddəti bitən liftlərin istifadəsidir”, – deyə mütəxəssis bildirib.
Ətraflı videonu təqdim edirik:
Nəsimi Ələsgərli
Samir Məcidov