!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni Çağ”ın əməkdaşı beynəlxalq mükafata layiq görüldü - FOTO/VİDEO

!Reklam – Yazi

Qazaxıstanın paytaxtı Nur-Sultanda “Auıl” Xalq-Demokratik Vətənpərvərlik Partiyasının elan etdiyi “Ауылым – алтын тұғырым” (“Kəndim – qızıl atım”) adlı ədəbi yazı müsabiqəsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar əksər ölkələrin sərhədlərini bağlaması səbəbindən qeyd olunan müsabiqənin mükafatlandırma mərasimi onlayn rejimdə gerçəkləşdirilib.

Dünyanın müxtəlif ölkələrindən çox sayda yazıçı və jurnalistin qatıldığı müsabiqədə Azərbaycanı “Yeni Çağ” Media Qrupunun əməkdaşı, tanınmış jurnalist Rüstəm Qasımov təmsil edib.

Rüstəm Qasımov müxtəlif nominasiyalar üzrə 207 yazının təqdim olunduğu müsabiqəyə Ağstafa rayonunun Köhnəqışlaq kəndinin qədim tarixindən bəhs edən “Köhnəqışlaq” yazısı ilə qatılıb.
“Yeni Çağ” əməkdaşının yazısı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək, müsabiqənin xüsusi mükafatına layiq görülüb.

Qeyd edək ki, müsabiqə “Auıl” Xalq-Demokratik Vətənpərvərlik Partiyası tərəfindən artıq 4 ildir ki, keçirilir.

Aqil Bəkir

www.yenicag.az

2101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv