“Yeni Çağ”ın əməkdaşı Qazaxıstanda beynəlxalq müsabiqənin qalibi oldu – FOTOLAR

Qazaxıstanın Müstəqillik Gününə həsr edilmiş “Qazaxıstanın Müstəqilliyi və Elbaşı” beynəlxalq yazı müsabiqəsinin qalibləri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, Qazaxıtnın paytaxtı Nur-Sultanda “Qazaxıstanın Müstəqilliyi və Elbaşı” beynəlxalq yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Qazaxıstan Prezident Kitabxanasının direktoru Əmirxan Rəhimcanov müsabiqəyə qatılan hər kəsə təşəkkürünü bildirib və qeyd edib ki, müsabiqənin təşkilində məqsəd Nursultan Nazarbayevin fikirlərinin sadəcə, Qaxaıstanda deyil, həm də bütrün dünyada təbliğ etməkdir.

Bu il müabiqəyə yeni əlavə edilmiş “Xarici mediada ən yaxşı yazı” nominasiyası üzrə Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və Yaponiyadan olan jurnalistlər də qatılıblar.

Əlamətdar haldır ki, qeyd olunan nominasiyanın ilk qalibi “Yeni Çağ” Media Qrupunun əməkdaşı Rüstəm Qasımov olub. Müsabiqənin ekspertləri müvafiq qiymətləndirmədən sonra onun yazısını 1-ci yerə layiq görüblər.

Qazaxıstnın dövlət televiziyasına müsahibə verən Rüstəm Qasımov müsabiqənin qalibi olmaqdan şərəf duyduğunu bildirib:

“Bu gün qardaş Qazaxıstanda olmaqdan çox məmnunam. Paytaxt Nur-Sultanda bu ilin iyun ayında olmuşdum. Qazaxların qonaqpərvərliyi və mədəniyyəti məni heyran etmişdi.

Müsabiqəyə təqdim etdiyim yazıda Qazaxıstanın ilk prezidenti, Elbaşı Nursultan Nazarbayevin beynəlxalq təhlükəsizlik, nüvə silahının yayılmaması, Türk dövlətləri arasındakı münasibətlərə təsiri, o cümlədən, Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafına verdiyi töhfədən bəhs etmişdim”.

Biz də öz növbəmizdə əməkdaşımız Rüstəm Qasımovu təbrik edir, ona yeni uğurlar arzulayırıq.