Yeni çağırışlarla aktuallaşan RƏQƏMSAL MƏCƏLLƏ: “Kibertəhlükəsizlik sahəsində dayanıqlılığın…”

“Böyük ehtimalla, layihənin hazırlanması prosesinə məsləhətçi qismində beynəlxalq şirkətlərin cəlb edilməsi də nəzərdə tutulur”.

Bu fikirləri ölkədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Rəqəmsal Məcəllənin layihəsinin hazırlanmasına münasibət bildirən informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, layihə üzərində işlərin davam etdirilməsi ilə yanaşı, bir sıra mövcud hüquqi aktlar əsasında müvafiq konsepsiya hazırlanmalıdır:

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentiyi qeyd olunan layihə üzərində işlərə başlayıb. Ümumiyyətlə, bu tipli layihə və strategiyanın hazırlanmasında məqsəd ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərinin ictimaiyyətə açıqlanmasıdır.

Hazırda informasiya texnologiyalarında ən böyük trend bu mövzular hesab edilir. Həmçinin 2023-2027-ci illəri əhatə edən Kibertəhlükəsizlik Strategiyası da buna uyğun nizamlanıb. Burada ölkənin kibertəhlükəsizlik sahəsində dayanıqlılığın artırılması istiqamətində bir çox planlar öz əksini tapıb.

Böyük ehtimalla, layihənin hazırlanması prosesinə məsləhətçi qismində beynəlxalq şirkətlərin cəlb edilməsi də nəzərdə tutulur. Eyni zamanda, burada ölkədaxili təcrübələrdən də istifadə ediləcək. Həmçinin strategiyaların müqayisəli qaydada nəzərdən keçirilməsi, zəruri materialların toplanılması da bu işlərin tərkib hissəsidir.

Bütün bunlardan sonra layihə ilə bağlı konsepsiyanın hazırlanması önəmlidir. Layihə üzərində işlərin davam etdirilməsi ilə yanaşı, bir sıra mövcud hüquqi aktlar əsasında müvafiq konsepsiya hazırlanmalıdır”.

Yusif Səmədzadə

COP29