Yeni doğulan uşaq dünyasını dəyişdi – Gəncədə

Gəncədə yeni doğulan uşaq dünyasını dəyişib.

Şəhər sakini İlahə Həsənova Gəncə Regional Perinatal Mərkəzdə uşaq dünyaya gətirib. Doğuşdan sonra isə uşaq ölüb.

Gəncə Regional Perinatal Mərkəzdən verilən məlumata görə, hazırda uşaq ölümü ilə əlaqədar Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb:

“Uşağın meyiti yarılma məqsədilə ekspertizaya aparılıb.”

Yeniçağ.az