Yeni doğulan uşaqlar arasında ölüm hallarının SƏBƏBLƏRİ

Azərbaycanda uşaqlar arasında ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır.

Yenicag.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rahimov deyib.

O bildirib ki, yenidoğulma dövründə körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur: “Bir körpə nəfəsalmada çətinlik yaşayırsa, bu, tənəffüs probleminin əlaməti ola bilər. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə olunur. Qıcolma, göyərmə və sidiyə çıxmama təhlükə mənbəyidir”.