!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni doğulan uşaqlar üçün vəsait daha çox ayrılmalıdır” – İqtisadçı alimdən Qaçqınkomun qərarına etiraz

!Reklam – Yazi

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-2“Doğulan uşaqlar üçün ayrılan yardımın kəsilməsi heç bir halda məqsədə uyğun deyil”

Bunu Yenicag.Az-a gələn ilin yanvarından etibarən doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməməsinə münasibət bildirərkən iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan doğulan uşağa ayrılan yardımın artırılmasında bu addımı dəstəkləyən ölkələrdən biri olub.

Vüqar Bayramov ile ilgili görsel sonucu“Yeni doğulan uşaqlar üçün vəsait daha çox ayrılmalıdır. Qeyd edim ki, qanunvericilikdə yeni doğulmuş uşaqlara ayrılan müavinətin kəsilməsi ilə bağlı məlumatlı deyiləm. Ancaq xüsusən bu kontekstdən nəzərə alsaq ki, yeni doğulan uşaqlara ayrılan müavinətin kəsilməsi doğru addım kimi qiymətləndirilə bilməz. Çünki biz dəfələrlə təklif edirik ki, bir sıra ölkələrdə, nəinki Avropa ölkələrində, hətta Rusiyada olduğu kimi Azərbaycanda da uşaq doğulan kimi ona daha çox vəsait ayrılsın. Təbii ki, bu addım həm də iqtisadiyyat üçün vacibdir. Gələcəkdə iqtisadiyyata işçi qüvvəsinin təmin edilməsi ilə iqtisadi inkişaf arasında bir əlaqə var. Bu, Azərbaycan üçün xüsusən vacib məqamlardan biridir. Mən belə yardımların kəsilməsinin deyil, əksinə ayrılan müavinətlərin artmasının tərəfdarıyam”.

Qeyd edək ki, Azərbaycanda 2017-ci il yanvarın 1-dən etibarən doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək. Bununla bağlı “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a dəyişikliyin müvafiq hissəsi bu ayın sonundan tətbiq olunacaq. Dəyişikliklə bağlı sənədi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov imzalayıb.

Yenicag.Az

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv