Yeni dönəmin başlanğıcı, ötən dövrün DAVAMI: “Demokratik dəyişikliklərin və islahatların…”

“Yaxın perspektivdə nələrin dəyişib, nələrin dəyişməyəcəyini hər birimiz müşahidə edəcəyik”.

Bu fikirləri prezident İlham Əliyevin yeni hakimiyyət dönəminə keçid verən andiçmə mərasimindən sonra Azərbaycanda baş verəcək mümkün dəyişiklikləri dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin növbəti hakimiyyət dönəminin başlaması həm yeni dövrün başlanğıcı, həm də keçmiş dövrün davamı deməkdir:

“Azərbaycan üçün başlayan yeni dövrdə gözləntilər yüksəkdir. Ölkədə mütərəqqi, demokratik, insan hüquq və azadlıqlarının təminatına uyğun dəyişikliklər və islahatların həyata keçirilməsi gözlənilir.

Lakin bu barədə indidən hər şeyi dəqiq söyləmək mümkün deyil. Yaxın perspektivdə nələrin dəyişib, nələrin dəyişməyəcəyini hər birimiz müşahidə edəcəyik”.

Nəsimi Ələsgərli

COP29