Yeni energetika naziri təyin olundu

Gürcüstanın yeni energetika naziri təyin olunub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni nazir İlya Eloşvilidir. Bu barədə məlumatı bu gün keçirilən hökumət iclasında Gürcüstanın baş naziri Georgi Kvirikaşvili verib. Onun sözlərinə görə, İlya Eloşvili 2012 -ci ildən energetika nazirinin birinci müavini vəzifəsini icra edirdi.

“İlya Eloşvili bu sahədə böyük təcrübəyə malikdir. Mən əminəm ki, o, yeni vəzifəsinin öhdəsindən uğurla gələcək. Onun həm dövlət, həm özəl, eləcə də beynəlxalq proqramlarda kifayət qədər təcrübəsi var”, deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, bundan öncə Gürcüstanın energetika naziri Kaxa Kaladze idi. Hazırda o, Tbilisinin meri vəzifəsinə namizədliyini irəli sürüb.

 

Yenicag.az

COP29