Yeni etiraz dalğasında azı 17 nəfər həlak oldu – Peruda

Perunun Xulyaka şəhərində hökumət əleyhinə etirazlar insan ölümləri ilə nəticələnib.

İğtişaşlar zamanı azı 17 nəfər ölüb, 52 nəfər yaralanıb.

Həyatını itirənlərdən biri azyaşlıdır. Bundan əvvəl 12 nəfərin öldüyü bildirilmişdi.

Yanvarın 6-da Xulyaka hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb. Nümayişçilər ölkə Prezidenti Dina Boluartenin istefasını və yeni dövlət başçısı üçün seçkilərin keçirilməsini tələb edirlər./Oxu.az/