Yeni icra başçısı daha bir vəzifəli şəxsi işdən çıxardı

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov daha bir vəzifəli şəxsi işdən çıxarıb.

Yenicag.az Unikal.org-a istinadla xəbər verir ki, Elmir Bağırovun əmri ilə, Saatlı rayon İcra Hakimiyyətinin Sektor müdiri – baş mühasib Quliyeva Bəyim Əmirxan qızı tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifəyə təyin olunduqdan sonra iki müavinini və iki şöbə müdirini işdən çıxarıb.