Yeni icra başçısı müavinlərini işdən çıxardı

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov iki müavinini və köməkçisini vəzifəsindən azad edib.

Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, Elmir Bağırovun əmri ilə Saatlı Rayon İcra Hakimiyyəti başçısının I müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb.

Onların yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.