Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytən Mirzəyeva ilə Beyləqan Təhsil şöbəsinin müdiri Xurman Rüstəmovanı işdən çıxardıb.
Yenicag.az xəbər verir ki, AzFakt.com-a daxil olan məlumatda İcra başçısının adı çəkilən şəxslərin işdən azad olunması ilə bağlı qərarı bu gün verdiyi qeyd edilir.
Məlumata görə Xuraman Rüstəmovanın Təhsil İdarəsinin müdiri vəzifəsindən uzaqlaşdırılmasına səbəb rayonda təhsilin keyfiyyətinin və davamiyyətin zəif olması ilə əlaqədardır. Görünür bu məqam yeni icra başçısı Asif Ağayevin diqqətini çəkib.
Xatırladaq ki, prezident İlham Əliyev tərəfindən Beyləqan rayonuna İcra başçısı təyin edilən Asif Ağayev ilk günlərdən kadr islahatları aparmaqdadır.
Aytən Mirzəyevanın işdən çıxarılma səbəbi hələ ki, açıqlanmayıb.