“Yeni il axmaq bayramdır”

Almaniyanın “Hoffenhaym” klubunun baş məşqçisi Yulian Naqelsmann Yeni ilin axmaq bir bayram olduğunu bildirib.

Yenicag.az xəbər verir ki, 30 yaşlı mütəxəssis bu sözləri “Bild” nəşrinə açıqlamasında dilə gətirib: “Yeni il ərəfəsi tamamilə ağılsız bir vaxtdır. İnsanlar həmişə ətraf mühitin qorunması haqqında danışırlar. Amma məhz bu günlərdə havaya tonlarla fişəng buraxırlar. Həm də buna minlərlə avro xərcləyirlər. İnsanlar heyvanların daha yaxşı yaşamasının lazım olduğunu söyləyirlər. Amma heyvanlar da raketləri sevmirlər”.

Xatırladaq ki, Naqelsmann mart ayında Almaniyanın ən yaxşı məşqçisi seçilib. O, “Hoffenhaym”ı 2016-cı ilin fevral ayından, 28 yaşındaykən çalışdırmağa başlayıb. Bu üzdən də Yulian Bundesliqa tarixinin ən gənc baş məşqçisi hesab olunur.

COP29