Yeni il gecəsi Bakının mərkəzində bir milyon insan toplaşıb – FOTOLAR

Dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə Bakıda keçirilən bayram şənliklərində rekord miqdarda insan iştirak edib. Yeni il gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Yenicag.az-a verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq bu ilki şənliklərdə paytaxtımızda daha çox qonaq qeydə alınıb. İnsanlar Bakıda yeni ili keçirmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəliblər.

Bu ilin daha bir xüsusiyyəti paytaxtın küçə və parklarının bəzədilməsinə göstərilən xüsusi diqqət olub. Ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri bayrama bir neçə həftə qalmış hazırlıq işlərinə başlayıblar. Paytaxtın bütün park və meydanları, Dənizkənarı Milli Park, əsas magistral yol və prospektlər, yol kənarlarınin bayramsayağı bəzədilməsi və işıqlandırılması şəhərimizə xüsusi xüsusi gözəllik verib. Parklarda yolkalar qurulub. Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib. Bayram günlərində hər tərəfdən musiqi sədaları eşidilirdi. Şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürürdü.

Keçirilən bayram tədbirlərinin kulminasiyasi Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş atəşfəşanlıq olub ki, rekord sayda sakin və şəhərimizin qonaqları bura qatılaraq onu sevinc və fərəh hissləri ilə izləyiblər.

Bayram tədbirlərinin yüksək səviyyədə təşkili işində böyük əmək sərf etmiş çoxlu sayda insanın da əməyini xüsusi olaraq qeyd etmək lazımdır. Şəhərin kommunal-təsərrüfat xidmətlətinin işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, nəqliyyatçılar və bir sıra xıdmət sahələrinin işçiləri gücləndirilmiş reimdə çalışıblar. Bayram günlərində paytaxtda təmizlik tədbirlərinin görülməsi, asayişin təminatı, qonaqların mənzil başına komfort çatdırılması böyük əmək tələb edirdi.

Bütün gecəni xüsusi reimdə çalışan kommunal-təsərrüfat sahələri işçilərinin fədakar əməyi nəticəsində artıq yanvarın 1-i saat 06:00-da şəhərin park, meydan və küçələrində tam təmizlik hökm sürürdü.

Bu bir daha onu sübut edir ki, paytaxtın kommunal xıdmətlərinin işi artıq daha yeni səviyyədə təşkil edilib.

COP29