!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni il yoxsa Milad bayramı? – Sorğu

!Reklam – Yazi

10881144_10204580792392527_227817425_nYeni ilin gəlişini müxtəlif millətlər, müxtəlif xalqlar özünəməxsus şəkildə qeyd edir. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda yeni ilin, köhnə il ilə əvəzlənməsi sadəcə təqvim dəyişməsi kimi qeyd edilir. Xristianlar üçün yeni ilin gəlişi bir növ dini mahiyyət daşıyır. Milad bayramı da elə bununla bağlıdır. Məsələ burasındadır ki, sırf xristian bayramı olan Milad Azərbaycanda da təbliğ edilir. Artıq neçə ildir ki, televiziyalarda və böyük şirkətlərin reklamlarında Milad bayramından söz edilir. Bir sözlə, millətin təhtəlşüuruna yerləşdirilir.

Azərbaycanda milad bayramını qeyd edənlərini olub-olmamasını öyrənmək üçün sosial şəbəkədə sorğu apardıq. Yenicag saytı olaraq “31 dekabr sizing üçün yeni ildir yoxsa milad bayramı?” sualı ilə gənclərə müraciət etdik.

Günel Əlisgəndərli: “Milad bayramı dekabrın 25-i olduğuna görə, 31 dekabr mənim üçün yeni ildir”

Şahin Ayvazov: “Əlbəttə ki, mənim üçün milad bayramıdır Hər şeydən əvvəl bizim üçün bu bayram müqəddəsdir”.

Samir İmanov: “31 Dekabr mənim üçün Yeni ildir.Yeni iş ilinin başlanğıcı Hər il Dekabırın 30-u son bir il ərzində gördüyüm işlərin analizini aparıram və növbəti ildə atacağım addımları müəyyən edirəm. Dekabırın 31-i isə bir il ərzində qazandığım uğurları qeyd edərək, Yanvarın 1-dən növbəti, 365 günlük marafona başlayıram”

Vüsalə Rzayeva: “ Yeni il bayramı kimi qeyd edirik. Milad xristianlara aid bayramdır”

Rufanə Günəş: “Bayramın adının o qədər önəmi yoxdur, amma əsas olan odur ki, istirahət günləri var. Amma 31 dekabr mənim üçün yeni təqvim ili və Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Hər iki bayram münasibət ilə hər kəsi təbrik edirəm”

Nigar Əsədova: “Yeni ildir. Sadəcə təqvim dəyişir. Bu bayramı xüsusi təmtəraqla qeyd etmirik”

Bəhruz Əli: “Mən çox güman ki,. bu bayramı işdə qeyd edəcəm. Mənim üçün yeni ildir”

 

Kamran ƏDALƏTOĞLU

www.yenicag.az

1711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv