Yeni ildə Bakıya qar yağacaq?

Aparılmış təhlillərə əsasən deyə bilərik ki, son 20 ildə Bakı və Abşeron əhalisi Yeni ili yalnız 4 dəfə 2007, 2009, 2012, 2016-ci illərdə sulu qar və qarla qarşılayıb.

Yenicag.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, 2009-cu ilin Yeni ilində isə yağan qarın hündürlüyü 14 santimetr olub ki, bu da Bakı üçün nadir hadisə idi.

“Ən aşağı temperatur Bakıda və Abşeron yarımadasında 2009-cu ildə 1.6 dərəcə şaxta qeydə alınıb. Ölkəmizin digər bölgələri üzrə ən aşağı göstərici 2006-cı ildə Naxçıvan MR-da 26,5 dərəcə şaxta olub. Qarsız qarşıladığımız illərin sayına bir il də əlavə olunacaq. Bayramın ilk günləri dekabrın 31-i və 2022-ci il yanvarın 1-2-də ölkə ərazisinin hava şəraiti atmosfer təzyiqinin tədricən aşağı enməsi fonunda nisbətən sabit və əsasən yağmursuz keçəcək,” – deyə xidmət rəisi əlavə edib.