!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni ildə əfv ola bilər – Açıqlama

!Reklam – Yazi

9-mart-efvAzərbaycanda 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il ərəfəsində əfv ola bilər.

Bunu AzVision.az-a açıqlamasında Əfv Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O qeyd edib ki, Azərbaycan prezidenti tərəfindən bir neçə dəfə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əfv sərəncamları imzalanıb və çoxlu sayda məhkum azadlığa qovuşub və ya cəzaları azaldılıb.

“Bu təcrübənin bu il də davam edəcəyini istisna etmirəm. Əfv məsələləri Komissiyasının katibliyi və hüquq mühafizə orqanları ilə iş sektoru fasiləsiz rejimdə işləyir, daxil olan əfv müraciətlərinin emalını həyata keçirir, müvafiq arayışlar hazırlayır və komissiyanın sədrinə təqdim edir. Əfv Komissiyasının üzvü kimi bizə daxil olan müraciətləri Komissiyanın katibliyinə göndəririk.

Hal-hazırda ilin sonunda əfv sərəncamının olub-olmayacağını söyləmək çətindir. Çünki bu, prezidentin səlahiyyətində olan məsələdir. Amma son illərin təcrübəsi bunu göstərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 61 dəfə əfv sərəncamı imzalanıb. Nəticədə 9 minə yaxın şəxs müxtəlif cəzadan azad olunub”.

Ə.Nuriyevin sözlərinə görə, hazırda əfvlə bağlı komissiyaya müraciətlər daxil olur: “Əfv Məsələləri Komissiyasına müraciətlərin sayı 100-ü keçib”.

 

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv