Somalidə hökuməti ölkədə Milad və yeni il bayramlarının qeyd edilməsini qadağan edib.
Din işləri naziri Şeyx Məhəmməd Hayrov Milad və yeni il bayramlarının islam mədəniyyətinə zidd olduğunu və müsəlman cəmiyyətinin inancına zərər verə biləcəyini deyib.
Orduya qadağaya əməl etməyənlərin saxlanılması barədə əmr verilib.
Somali Ali Din Şurasının sədri Şeyx Nur Barud Gurhan isə bildirib ki, müsəlmanlara aid olmayan bayramların qeyd edilməsi “Əl-Qaidə”nin Şərqi Afrika qolu olan “Eş-Şebab”ın reaksiyasını çəkə bilər. “Eş-Şebab” təşkilatı ötənilki yeni il bayramında paytaxt Moqadişuda 12 nəfəri öldürüb.
Somali Bruneydən sonra Milad və yeni il bayramlarının qeyd edilməsini rəsmən qadağan edən ikinci ölkə olub.(publika)