Yeni “iPhone”-un 3 kamerası olacaq – FOTO

pic_283fcd027ee6e4bdc862195cce349970`Apple` şirkəti `iPhone 7 Plus` qurğusunun arxa hissəsinə iki foto obyektiv quraşdırmağı planlaşdırılır.

Bu barədə nüfuzlu `9to5Mac` portalı `KGI Securities` analiitik şirkətinə istinadən xəbər verir.

Yeni foto modul eyni zamanda çəkilən iki kadrın birləşdirilməsi yolu ilə fotoların keyfiyyətinin artırılmasına yardım edəcək. Bundan əlavə, smartfon ilk dəfə 2-3 dəfə obyektik yaxınlaşdırmağa imkan verən optik zoom-la da təchiz olunacaq.
Analitiklər bildirilər ki, gücləndirilmiş kamera yalnız 5,5 dyum-lük `iPhone 7 plus` modelinə quraşdırılacaq. 4,7 dyum ekrana sahib olacaq `iPhone 7` modelində bu kameranın quraşdırılması nəzərdə tutulmayıb.

`iPhone 7` və `iPhone 7 Plus` modellərinin bu ilin payız ayında ictimaiyyətə təqdim olunacağı gözlənilir. (Azvision)