İnternetdə `Apple`-ın yeni qurğusunun görüntülərinin ehtimal edildiyi fotolar yayılıb.
Yeni qurğunun `iPhone 5SE` adlanacağı və bu ilin mart ayında ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Məlumata əsasən `iPhone 5SE` `6s` modelinin kiçildilmiş və hələ 2013-cü ildə `iPhone 5s`-in təkmilləşdirilmiş versiyasıdır. Qurğunun ekranın 4 dyum olacağı gözlənilir.
Bundan əlavə, `iPhone 5SE`-ə 8 megapiksel həcmində əsas kamera, NFC –çip, A8 prosessorunun quraşdırılacağı bildirilir.
`iPhone 5SE`-in martın sonu və ya aprelin əvvəlində satışa çıxarılacağı gözlənilir. Həmin vaxt yeni `Apple Watch`-da ictimaiyyətə təqdim olunacaq.