Yeni müharibə EHTİMALI: İrəvan yenidən savaşa cəhd edir?

“Ermənistan öz imzasına hörmət etməyən, riyakar siyasət yürüdən ölkə olduğundan ona etibar etmək olmaz”

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın 3-cü Qarabağ müharibəsinə cəhdinin mümkün ehtimallarından danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi, daha sonra isə həyata keçirilən əməliyyat və anti-terror tədbirləri Ermənistan ordusunun müharibə aparmaq potensialını kifayət qədər zəiflədib.

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi, yaxud çərçivə sazişi hələ də imzalanmayıb. Buna baxmayaraq, real güc balansı fonunda hazırda Ermənistanın 3-cü dəfə Qarabağ müharibəsinə başlaması ehtimalı çox kiçikdir. Lakin tərəflər arasında kiçikmiqyaslı toqquşmalar və ya sərhəd gərginliklərinin yaranması istisna edilmir. Bu keçmişdə də baş verib, indi də olacaq, gələcəkdə sülh müqaviləsinin bağlanmasına baxmayaraq, yenə də baş verəcək. Çünki Ermənistan öz imzasına hörmət etməyən, riyakar siyasət yürüdən ölkə olduğundan ona etibar etmək olmaz”, – deyə hərbi ekspert bildirib.

Nəsimi Ələsgərli

COP29