Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Yeni münaqişə ocağının yaranması Ermənistanın məhvi ilə nəticələnəcək“

Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi və soydaşlarımızın bu torpaqlara qayıdacağı ilə bağlı bildirdikləri 10 noyabr Birgə Bəyanatından sonra Cənubi Qafqazda yaranan yeni siyasi reallığı əks etdirir. Əgər ermənilər bəyanata əməl etməzlərsə bu onlar üçün çox ağır fəsadlara gətirib çıxaracaq. Bu regionda yeni münaqişə ocağının yaranması ilə nəticələnə bilər. Bundan isə Ermənistan narahat olmalıdır.

Bu fikirləri “Ana Vətən” Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Arzuman Abdulkərimov bildirib.

O qeyd edib ki,  44 günlük Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə Bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olan Naxçıvan Muxtar Respublikasını bu vəziyyətdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açacaqdır.  Zəngəzur dəhlizinin yaradılması əməkdaşlıq və nəqliyyat baxımından Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış sənədlər arasında ən zəruri sənəd hesab edilir və bu, Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin maraqlarına xidmət edir.

Partiya sədrinin müavini vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması,  ən əsası Naxçıvanın iqtisadi təcrid vəziyyətindən çıxmasına kömək edərək, Türkiyə ilə Bakının əlaqələrinin daha asanlaşdıracaq. Bu, eyni zamanda Ermənistanın da iqtisadi blokadadan çıxması üçün vacib şərtdir. Azərbaycanın bölgədə davamlı sülhün bərqərar edilməsində maraqlı olması hər addımında aydın seçilir. Bu dövlət başçısının Zəngəzur barədə çıxışlarında konkret ifadə edilir. O açıq şəkildə deyir ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Əlbəttə, cənab Prezident Birgə Bəyanatın şərtlərinə Ermənistanın əməl etməsinin vacibliyinə toxunur, əks halda bunun Ermənistanın bundan daha ağır vəziyyətə düşəcəyinin proqnozunu verir. Bunu isə erməni revanşist qüvvələr və Paşinyan hakimiyyəti yaxşı anlamalı və nəticə çıxarmalıdır. Zəngəzur dəhlizinin region ölkələri üçün təqdim etdiyi bütün imkanlar onu göstərir ki, bu geostrateji layihənin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və qarşılıqlı iqtisadi əlaqələrə təkan verəcək.

Loading...

www.yenicag.az

246
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100