“Yeni Müsavat” abunə kampaniyasına başladı – FOTOLAR

Bu gün “Yeni Müsavat” qəzetinin redaksiyasında ölkədəki çap mediasının durumu və çıxış yolları ətraflı müzakirə olunub.

Yenicag.az xəbər verir ki, bu münasibətlə təşkil olunan dəyirmi masada millət vəkilləri, media orqanları və jurnalist təşkilatlarının rəhbərləri, QHT təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu çap xərclərinin kəskin şəkildə artması səbəbindən print medianın mövcudluğunun təhlükə ilə üzləşdiyini diqqətə çatdırıb.

O, dəyirmi masanın təşkilində əsas məqsədin çap mediasını yaşatmaq yollarını müzakirə etmək və “Yeni Müsavat”ın print versiyasının fəaliyyətində effektivliyin artırılmasına dair təklifləri dinləmək olduğunu deyib.

Müzakirələrə qatılan millət vəkilləri Əflatun Amaşov, Fəzail Ağamalı, Çingiz Qənizadə, Fazil Mustafa, Elşən Musayev, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, telejurnalist İlhamiyyə Rzayeva, Publika.az-ın rəhbəri Aynur Camalqızı və digərləri mövzu barədə fikirlərini bildiriblər. Natiqlərin mütləq əksəriyyəti mövcud çətinliklərə baxmayaraq, çap mediasının yaşadılmasının vacibliyini vurğulayıb.

Dəyirmi masanın yekunundan sonra iştirakçılar “Yeni Müsavat” qəzetinə abunə yazılıblar.

 

COP29