“Yeni Müsavat”ın bağlanmaq təhlükəsi ilə üzləşib

загруженное (4)Rauf Arifoğlu: “Qəzet buraxırıq, amma onu satmağa şəbəkə və yer tapa bilmirik”

“Hazırda qəzetimizin vəziyyəti çox ağırdır”.
Bu fikirləri Yenicag.az saytına açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi: “Qasid” yayım firması pərakəndə satışı dayandırandan sonra durum daha da pisləşib. Oxucuların qəzetə tələbatı var, qəzet buraxırıq, amma qəzeti satmağa şəbəkə və yer tapa bilmirik. Təəssüflər olsun ki, 25 yaşı olan bir qəzetin bağlanmaq təhlükəsi var”.

Rüfət/Yenicag.az