Yeni nazir daha bir rəisi işdən çıxardı

????????????????????????????????????

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir kadr dəyişikliyi baş verib.

Qurumun Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov işdən çıxarılıb.

Ə. Məmmədovun adının çəkilməsini istəməyən köməkçisi bildirib ki, məsələ ilə bağlı şərh vermək səlahiyyəti idarənin baş mühəndisi İlham Əfəndiyevə ötürülüb.

İ. Əfəndiyev isə bildirib ki, məsələ ilə bağlı şərh vermək səlahiyyətində deyil. Nazirliyin mətbuat xidməti də məsələyə münasibət bildirməyib.