Yeni nazir istefa verdi

“Sumqayıt” klubunun Müşahidə Şurasının iclası keçirilib.

Yenicag.az xəbər verir ki, toplantıda şuranın 7 üzvündən Muxtar Babayev, Vaqif Ömərov, Hacı Salayev, Teymur Səmədov, Telman Salahov, Abdulla Məmmədov və komandanın prezidenti Riad Rəfiyev iştirak ediblər.

Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Naziri təyin olunduğu üçün Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərə bilməyəcəyi ilə əlaqədar şuraya müraciət edərək üzvlükdən azad edilməsini xahiş edib. İclas zamanı Müşahidə Şurasının sədri Abdulla Məmmədov öz növbəsində Muxtar Babayevə 8 il ərzində “Sumqayıt”a və idmana göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulyıb.

Sonda isə Muxtar Babayevin müraciəti qəbul edilib və onun Müşahidə Şurası üzvlüyündən azad edilməsi qərara alınıb.

COP29