!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni nazirlik yaradılmalıdır”

!Reklam – Yazi

1386058936img1465530Millət vəkili Zahid Oruc Milli Məclisin beş komitəsinin və hökumət üzvlərinin iştirakı ilə 2015- ci il dövlət büdcəsi ilə bağlı aparılan müzakirələr zamanı yeni nazirliyin yaradılması təklifi ilə çıxış edib.
Deputat qeyd edib ki, uzun illərdir tender məsələləri normal həyata keçirilmədiyindən hər nazirlik özünün tikinti qurumunu yaradıb: “Bir məktəbin amortizasiya dövrü 50-60- ilə hesablanmalı olduğu halda, həmin məktəb 3-5 ildən sonra əsaslı təmirə dayanır. Elə son günlər yağan yağışlar da məktəblərin durumunu ortaya qoydu. Hesab edirəm ki, Təhsil, Səhiyyə və digər sahəvi nazirliklər tikinti sektorundan uzaqlaşdırılmalıdır. Təhsil Nazirliyinin tikinti ilə məşğul olması onun nəyinə lazımdır? Düşünürəm ki, Azərbaycanda tender üzrə xüsusi bir qurum, ya da Tikinti Nazirliyi yaradılmalıdır. Dövlət bunun şərtlərini müəyyən etməlidir. Tikintini özəl qurumlar apararsa, rəqabət də artar”.

Günel Türksoy

(qafqazinfo)

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv