“Yeni parlamentdə yeni simaların olacağı ehtimalı yüksəkdir”.
Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkiləri üçün prosesin gedişatı və rəqabət mühitinin necə formalaşdığı barədə fikirlərini bildirən politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, 20-dən çox partiyanın iştirak edəcəyi parlament seçkilərinin hazırda imza toplama prosesidir.
“İstər öz təşəbbüsü, istərsə də partiya adından namizədliyini irəli sürənlər var. Bu sahədə müəyyən inkişafın olacağı gözlənilir. Yeni parlamentdə yeni simaların olacağı ehtimalı yüksəkdir. Müzakirə olunan əsas məsələ isə yeni parlamentin keyfiyyəti məsələsidir. Yeni qurulacaq parlamentdən gözləntilər yüksəkdir.
Qarşıdan Azərbaycanda keçiriləcək beynəlxalq əhəmiyyətli COP-29 iqlim tədbiri gəlir. Eyni zamanda, beynəlxalq münasibətlərin dəyişkənliyi və dinamikliyi nəzərə alınmalıdır. Cəmiyyət olaraq, yeni parlamentdən gözləntimiz yeni proseslərin başlanmasından ibarətdir”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli