Yeni qalaktika kəşf edildi

İtalyan astronomu Cüzeppe Donatello Andromeda qalaktikasının yanında yeni ultra cırtdan qalaktika aşkar edib.

Yenicag.az xəbər verir ki, müşahidələr cırtdan Peqasus V qalaktikasında ilkin kainatın izlərini aşkara çıxarıb.

Eyni zamanda, tədqiqatçılar bu qalaktikanın oxşar cırtdan qalaktikalarla müqayisədə olduqca az ağır elementə malik olduğunu müəyyən ediblər. Bu o deməkdir ki, o, Böyük Partlayışdan sonra Kainatın yaranmasının lap əvvəlində əmələ gəlib.

Yeni qalaktikanın tədqiqi üçün astrofiziklər daha böyük 8,1 metrlik teleskopun məlumatlarından istifadə ediblər.