Yeni “RAHAT” supermarket gəlir… – Zabratda təntənəli açılış! – VİDEO

Martın 16-da Bakıda hər kəsin sevimlisi olan “RAHAT” supermarketlər şəbəkəsinin yeni filialı fəaliyyətə başlayacaq.

Yenicag.az xəbər verir ki, yeni açılacaq “RAHAT” supermarket Sabunçu rayonun Zabrat qəsəbəsində (Zabrat şossesi, Socar YDM-nin yanı) yerləşir. Ümumi sahəsi 5 min m2-dan böyük olan supermarketin 200-dək avtomobil dayanacağı mövcuddur. Xüsusi tərtibatda hazırlanan yeni “RAHAT” ən son texnoloji avadanlıqlarla təchiz olunub.

Filial dünyanın bir neçə ölkəsindən gətirilən 30 mindən çox məhsul çeşidi ilə müştərilərinə xidmət göstərəcək. Yeni “RAHAT” supermarketin açılışı ilə əlaqədar 1000-dən çox məhsul xüsusi endirimli və hədiyyəli olacaq.

Əlavə olaraq supermarketdə aptek, gül, parfumeriya-kasmetika, bəzək aksesuarları və bir sıra satış nöqtələri də fəaliyyət göstərəcək.

Təqdimat günləri xüsusi bayram tədbirləri ilə müşayiət olunacaq. Məlumat üçün bildirək ki, açılış tarixindən etibarən müştərilərin xidmətinə pulsuz sərnişin avtobusları veriləcək.

Bundan əlavə yeni “RAHAT” supermarketin açılışı və Novruz bayramı ilə əlaqədar supermarketin qarşısında 19 mart saat 19:00-da səhnəmizin populyar ulduzlarından ibarət böyük konsert tədbiri təşkil ediləcək. Populyar müğənnilərdən Zamiq Hüseynov, Murad Arif, Manana Çaparidze və Günay İbrahimli də daxil olmaqla bir çox müğənnilər çıxış edəcək. Hər kəsi möhtəşəm açılış mərasiminə və aksiyalardan yararlanmağa dəvət edirik.

Rahat supermarket,

“Market gərək Rahat olsun!”