Yeni rektor kollektivə təqdim olundu – FOTO

Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə təyin edilən Kamilə Dadaş-zadə noyabrın 28-də müəssisə kollektivinə təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov əvvəlcə konservatoriyanın rektoru vəzifəsində çalışmış Siyavuş Kərimiyə ali təhsil müəssisəsinin uğurlu fəaliyyəti, bu günədək qazandığı nailiyyətlərdəki xüsusi əməyinə görə təşəkkür edib.

Yeni təyin edilən rektor Kamilə Dadaş-zadəyə fəaliyyətində uğurlar arzulayan nazir müavini milli musiqinin inkişaf tendensiyaları nəzərə alınmaqla qarşıda duran məqsəd və vəzifələri yeni rektorun və konservatoriyanın kollektivinin diqqətinə çatdırıb.

Çıxış edən Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının yaradılması tarixi və fəaliyyətinə toxunub, Kamilə Dadaş-zadəyə yeni fəaliyyətində uğurlar arzulayıb.

Sonda çıxış edən rektor Kamilə Dadaş-zadə ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini, akademiyada qoyulan ənənələrə sadiq qalacağını qeyd edib.




COP29