!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni rüşvətxorluq mənbəyi: kooperativ bazarlar

!Reklam – Yazi

Azərbaycanda kooperativ bazarlar yaradılır. Bu ilin sonuna qədər istifadəyə veriləcək bazarlarda yalnız yerli istehsal olan kənd təsərrüfatı məhsulları satılacaq. Belə bazarların hər bir rayonda yaradılması gözlənilir. Bu bazarlarda istehsalçı olmayan kənar şəxs satışla məşğul olarsa və ya xaricdən gətirilən mal satılarsa, fiziki şəxsləri 100, vəzifəliləri 500, hüquqi şəxsləri isə 1000 manat cərimə gözləyir.

Görəsən, atılacaq bu addım bazarlarda nə dərəcədə effektli olacaq, ya da ümumiyyətlə olacaqmı?

Cümşüd Nuriyev ile ilgili görsel sonucuİqtisadçı-ekspert Cümşüd Nuriyev Yeniçağ.az-a açıqlamasında bildirdi ki, kooperativ bazarların yaradılmasının fermerlərə heç bir xeyri olmayacaq. Çünki bu bazarlar da yeni rüşvətxorluq mənbəyi rolunu oynayacaqlar:
“Kooperativ bazarların yaradılması ilə bazarlarda sırf istehsalçıların mövqeyinin möhkəmlənəcəyinə inanmıram. İnandırıcı deyil ki, belə bazarların yaradılması ilə istehsalçı olmayanların, yəni xaricdən məhsul gətirənlərin həmin bazarlarda mal satmalarının qarşısı alınsın. Azərbaycanda uzun müddət “Azərittifaq” deyilən qeyri-hökumət təşkilatı vardı. Onlar kənd təsərrüfatı əməkçilərindən məhsulu yığırdı, amma varlanan “Azərittifaq”ın rəhbərliyi olurdu. İkincisi, yeni yaradılan kooperativ bazarları kim idarə edəcək? Onsuz da ölkədə bu fəaliyyəti görməli olan kifayət qədər qurumlar var. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində də hər bir rayonda soyuducu anbarlar yaradıldı. Məhsullar ora yığılır və proses mərkəzləşmiş qaydada dövlət tərəfindən tənzimlənirdi. Onda bazarlarda da bu qədər möhtəkirlər yox idi. Hələlik, yeni qurumun fəaliyyəti də ortalıqda yoxdur, necə olacağı da şübhə altındadır. Çünki bu sahədə peşəkarların olması lazımdır. Kənd təsərrüfatı sahəsindən müəyyən dərəcədə xəbəri olan insan kimi ora təyin olunanları tanımıramsa, deməli, onlar bu sahə ilə peşəkarcasına məşğul olan adamlar deyillər. Təəssüf ki, ölkəmizdə hələ də təsadüfi adamlar vəzifələrə təyin olunmaqda davam edirlər. Bir ildir ki, “Azərərzaq” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb, amma ortalıqda heç nə yoxdur. Bazar yenə də öz bildiyini edir. Əvvəllər bazarda ayda- ildə bir dəfə, bayram ərəfəsində bahalaşma olurdusa, cəmiyyətin yaradılması ilə indi bahalaşma az qala hər gün baş verir. Hətta o qədər dəhşətli vəziyyət yaranıb ki, səhər alınan malın günortadan sonra qiyməti artır. Bu mənada da kooperativ bazarların yaradılmasını əslində, iş yerlərinin açılması deyil, yeni rüşvətxorluq mənbəyinin formalaşmasına rəvac vermək kimi dəyərləndirirəm. “Azərittifaq” olan halda kooperativ bazarları kimin üçün yaradırlar? Rayonlarda onsuz da bu proses icra hakimiyyəti rəhbərlərinin əlində cəmləşəcək. Rayonlarda proses mağara psixologiyası ilə idarə olunur. İcra başçısı belə bazarlara ancaq öz qohum-əqrabasını yaxın buraxır, kənar şəxslərdən kimsə orada olmur. Belədə görürük ki, rayon icra başçıları şahlıq statusundan çıxaraq, kiçik allahlara dönüblər. Rayon polisi, məhkəməsi, prokurorluğu da birmənalı şəkildə dövlətin nəzarətindən çıxıb, ayrı-ayrı icra başçılarının nəzarətindədirlər. Amma onu da deyim ki, kooperativ bazarların yaradılmasının nə sahibkara, nə də dövlətə bir xeyri olmayacaq, əksinə, yeni narazılıq dalğası yaradacaq. Aqrar siyasətlə bağlı konkret konsepsiya, proqram olmalıdır. Kənd Təsərrüfatı Nazirliyi də öz təyinatından başqa hər şeylə məşğuldurlar. Burada rəhbərlikdə bir nəfər belə mütəxəssis yoxdur. Proses bu şəkildə davam etdikcə, həmin sahədə də müsbət dəyişikliklərə nail olmaq mümkün olmayacaq”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv