Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yeni sayt fəaliyyətə başladı – 10may.az

Bu gündən Azərbaycanda yeni sayt fəaliyyətə başlayır, 10may.az. Saytın baş redaktoru yazıçı Mahir Qabiloğlu, baş direktoru mayor-jurnalist Rahib Qərib, təsisçisi isə Eldəniz Elgündür.

Niyə məhz 10may.az adında sayt yaratmaları ilə bağlı suala cavab verən baş redaktor Mahir Qabiloğlu Modern.az-a açıqlamasında bunları bildirdi:

“Ad koddur. Ad insanın gələcəyini təyin edən əsas amillərdən biridir. Yenidoğulmuşa ad qoyanda “Adına layiq olsun” deyib babalarımız. Eldəniz Elgünlə yaratdığımız bu sayt da bizim mənəvi övladımız sayılır. Bu gün mayın 10-udur. Artıq 24 ildir ki, biz bu tarixi təntənəylə qeyd edirik. Çünki köhnə Heydər Əliyevçilərik. Və biz çoxuq. Milyonlarla ölçülür sayımız. Bu tarixdə doğulan yüzlərlə oğlan uşaqları var ki, valideynləri onun adını Heydər qoyublar. Bizim sayt da bu doğum tarixinə təsadüf etdiyi üçün adını 10may.az qoyduq – Ümummilli liderimiz Heydər Əliyevin doğum gününün şərəfinə. Məqsədimiz Azərbaycanın mətbuat sahəsinə bir yenilik gətirməkdir. Bu yenilik nədən ibarətdir? Yəqin ki, bunu zaman göstərəcək. Fərqliliyin də onda şahidi olacaqsınız. Suala ümumi cavabım isə belədir: “Adımıza layiq olmağa çalışacağıq”. Bu həm cavab, həm də devizimizdir”.

Yeniçağ.az

www.yenicag.az

520