Yeni sədr Zaur Hüseynovun yaxın adamını işdən çıxardı

Bakı Metropoliteni QSC-də idarə rəisi işdən çıxarılıb.

Yenicag.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə qurumun sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Əmrlə QSC-nin Maliyyə departamentinin rəisi Fərhad İbrahimov vəzifəsindən azad olunub.

Qeyd edək ki, Fərhad İbrahimov ötən ilin dekabrında vəzifəsindən azad olunan Bakı Metropoliten QSC-nin sədri Zaur Hüseynovun ən yaxın adamı idi.