Yeni Süleyman Çakır hadisəsi: Serialda ölən obraz üçün qəzetdə elan verdilər – FOTO

Türkiyənin “Kanal D” kanalında yayımlanan “Camdaki kız” serialında baş qəhrəman Nalanın anası Fəridə İpəkoğlu obrazı dekabrın 29-da yayımlanan son bölüm ilə ekran işindən ayrılıb.

Yenicag.az xəbər verir ki, son bölümdə vəfat edən Fəridə İpəkoğlu ilə bağlı “Kanal D”nin etdiyi böyük maraq doğurub. Belə ki, kanal bu gün “Milliyet” və “Posta” qəzetlərində Fəridə İpəkoğlunun ölümü ilə bağlı elan verib.

Kanalın bu addımı illər öncə “Kurtlar vadisi” serialında Süleyman Çakır obrazının ölümü ilə bağlı yaşananları gətirib.

Qeyd edək ki, məşhur aktrisa Nur Sürərin canlandırdığı Fəridə obrazı 63 bölüm boyunca geniş fanat kütləsi toplaya bilmişdi.

Fotonu təqdim edirik: