Yeni Sumqayıt qatarının Siyəzənə getməsi ilə bağlı – Açıqlama

yeniqatar1Sosial şəbəklərdə Bakı-Sumqayıt qatarının Sumqayıt əvəzinə Siyəzənə gedib çıxması barədə məlumatlar yayılıb.
Sərnişinləri mənzilbaşına 40 dəqiqəyə aparmalı olan qatar ünvana tam 2 saata gedib. Qatarın mənzilbaşına 2 saata çatmasına səbəb maşinistin reysləri səhv salması olub. Nəticədə isə qatar Siyəzənə gedib. Sonradan geri qayıdıb.

Məlumatın doğru olub-olmadığını öyrənmək üçün Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradovla əlaqə saxladıq.

O, AzNews.az-a açıqlamasında yazılanların və deyilənlərin yalan olduğunu bildirdi: “Hamısı şayiədir. Qatar Siyəzənə getməyib. Ümumiyyətlə, qatarın gecikməsi müzakirə mövzusu ola bilməz. Maşinist qatarın köməkçisidir. Çünki xüsusi siqnal var ki, onun hara getməsi ilə qatar da həmin istiqamətə gedir. Ona görə bu cür xəbərlərin yayılması yalandır. Belə bir şey ola bilməz”.

Elyar Muradov qatarların hərəkət qrafikində gecikmələrin olmasına da münasibət bildirib. Onun sözlərinə görə, gecikmələrdəmiryolunda aparılan təmir və yenidən qurma işlərilə əlaqədar olur: “Hazırda həmin istiqamətdə təmir işləri parılır. Bu səbəbdən bir müddət qatarların hərəkətində 5-10 dəqiqə gecikmələrin olması mümkündür. Amma bütün təmir işləri qurtardıqdan sonra qatarların hərəkətində heç bir problem olmayacaq”.