Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yeni tədris ili - İlk dərslərin mövzuları açıqlandı

Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenicag.az-a verilən məlumata görə, “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrə əsasən, təhsil müəssisələrinə tapşırılıb ki, ümumi təhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işlər görülsün, həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakı nəzərdə tutulsun.

Həmçinin, bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib.

www.yenicag.az

304
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS