Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yeni tədris ilində dərslər necə keçirilməlidir? - Rəsmi təkliflərə ekspertdən REAKSİYA

“Şagirdlərin təhlükəsizliyi, sağlamlığı təmin olunmalıdır. Dərs cədvəlində dəyişikliklər edilməli, ən azı 15-20 nəfərlik sinif otaqları hazırlanmalı, dərs saatlarının müddəti azaldılmalıdır. Eyni zamanda, dərs prosesi zamanı digər problemlər də ortaya çıxa bilər. Bütün bunlar həllini taparsa, o zaman sinif otağında dərs daha effektli nəticə verə bilər, nəinki onlayın model”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil üzrə ekspert Məlahət Mürşüdlü Təhsil İnstitutunun növbəti dərs ili ilə bağlı təklif etdiyi məsafədən, yaxud da qarışıq (onlayn və sinif otağında) modelini dəyərləndirərkən deyib.

Ekspert distant təhsilin heç də müsbət nəticə vermədiyini bildirib:

“Əgər yuxarı sinif şagirdlərinin məktəbə getməsi mümkün olmasa, düşünürəm ki, ən azı ibtidai sinif şagirdlərinin məktəbdə tədrisə davamiyyəti təmin olunmalıdır. Bunun üçün indidən hazırlıqlara başlanılmalıdır. Çünki distant təhsil dönəmini yaşadıq və gördük ki, nə qədər uşaqlar dərs prosesindən kənarda qaldı. Kənd yerlərində internet, kompüterin olmaması şagirdləri təhsildə geridə qoydu, biliklərini yetərincə qiymətləndirmək mümkün olmadı. Şagirdlər tam olaraq onlayn dəslərdə iştirak edə bilmədi. Eləcə də müəllimlərin bir çoxu onlayn dərs demək imkanına malik olmadı. Bunlar hamısı sözsüs ki, tədrisin keyfiyyətinə mənfi təsirini göstərdi. Əgər yeni dərs ilində sadaladığım bu problemlər aradan qaldırılacaqsa, təhsilin keyfiyyəti üçün təminat olacaqsa, hər bir ailədə şagird telefon, kompüterlə təmin ediləcəksə, məsafədən təhsil modelinə üstünlük verilsin. O halda, sağlamlıq baxımından da uşaqların təhlükəsizliyi təmin edilmiş olar. Yox, əgər, buna nail ola bilməyəcəklərsə, şagirdlər tədrisə məktəbdə davam etsinlər”.

Cəvahir

www.yenicag.az

3780
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100