Yeni təhlükə: Bu xəstəliklər artacaq

Havalar isinir, təbiət oyanmağa başlayır. Beləliklə, ağcaqanaq, milçək və s. həşəratlar da ortaya çıxır. Bu isə bir sıra təhlükəli infeksiyaların meydana gəlməsinə zəmin yaradır. 

Yenicag.az bildirir ki, mütəxəssislər aprel-may ayları üçün vətəndaşlara fil, malyariya kimi xəstəliklərin daşıyıcısı olan ağcaqanad, ev milçəyi, tarakan və gənələrə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.

Xəbərdarlıqda qeyd edilir ki, gənə, ağcaqanad və ev milçəyi kimi xəstəlik daşıyıcıları ilə mübarizəyə hava istiliyində artım baş verməmişdən başlamaq lazımdır. Otlaqlarda, parklarda, zibilliklərdə tədbirlər görülməlidir ki, xəstəliklərin qarşısını almaq mümkün olsun. /yenisabah

COP29