Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsinə təyin edilməsindən sonra boş qalan Təhsil naziri postuna BDU-nun rektoru Abel Məhərrəmovun gətiriləcəyi iddia edilir.
Yayılan xəbərdə BDU-nun rektoru Abel Məhərrəmovun artıq öz vəzifə səlahiyyətlərini prorektora həvalə etdiyi, bu həftədən etibarən təhvil-təslim işlərinə başladığı bildirilir.
Yayılan xəbərlərlə bağlı Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova Yenicag.az-a açıqlama verib.
Pərvanə İbrahimova yayılan xəbərləri təkzib edərək, bunların həqiqəti əks etdirmədiyini deyib.
Xatırladaq ki, ötən ilin dekabr ayının 5-dən Təhsil naziri vəzifəsi boşdur.
Qeyd edək ki, Abel Məhərrəmov 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərir.
Səxavət Məmməd